Macarıstanın yeni prezidenti İsveçin NATO-ya daxil olmasını təsdiqləyib

Macarıstan prezidenti Tamaş Şuyok İsveçin NATO-ya daxil olmaq ərizəsini ratifikasiya edib.

Azpost.info xəbər verir ki, bu, Şuyokun ölkə rəhbəri kimi ilk qərarıdır.

“Prezident Tamaş Şuyok bu gün İsveçin NATO-ya daxil olması ilə bağlı 26 fevral 2024-cü il tarixli parlament qərarını imzalayıb”, – məlumatda deyilir.

Macarıstan Türkiyədən sonra İsveçin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolu ratifikasiya etməyən ikinci ölkə idi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.