Madaqaskar prezidenti Fransa hərbi təyyarəsi ilə ölkədən qaçdı

Prezident Andry Rajoelina 2025-ci il oktyabrın 12-də Fransa hərbi təyyarəsi ilə ölkədən çıxarılıb.
AzPost bildirir ki, bu barədə RFI məlumatı təsdiqləyib.
Bu, prezident Emmanuel Makronla əldə olunan razılaşmadan sonra baş verib.
Fransa hakimiyyəti bildirib ki, onlar Madaqaskardakı böhrana heç bir şəkildə müdaxilə etmirlər.
Bu ölkədə vəziyyət 25 sentyabrdan bəri gərgindir — su və elektrik kəsintilərinə qarşı keçirilən etiraz aksiyaları zorakılıqla dağıdılıb və daha sonra hakimiyyətə qarşı çıxışlara, o cümlədən prezidentin istefası tələblərinə çevrilib.
Hərbçilər etiraz edən xalqın tərəfinə keçəndən sonra prezident olkəni tərk etməyə məcbur olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.