Magistral su kəmərində qəza baş verib –

Bu ərazilərə su məhdudiyyətlərlə veriləcək (AÇIQLAMA)
10 May 2021 - 12:36

Magistral su kəmərində qəza baş verib. 

Azpost.info bildirir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, deyib ki, bununla bağlı su verilişində məhdudiyyətlər yaranıb: “Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun bir hissəsində və Sumqayıt stansiyası ərazisində gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaqdır”.