Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb

Fransa prezidenti Emmanuel Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb.

Bu barədə AFP Yelisey sarayına istinadən xəbər verir.

“Finlandiya və İsveçin bu suveren hüququ onların təhlükəsizliyini gücləndirəcək. İki tərəfdaş ölkənin imkanlarını nəzərə alaraq bu, Avropada təhlükəsizliyimizə əhəmiyyətli töhfə verəcək”, – deyə məlumatda bildirilib.

Əvvəlki məqalə

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb

Sonrakı məqalə

Bakı-Moskva təyyarəsinə düzgün olmayan xəbərdarlıq siqnalı verilib –