Bakı-Moskva təyyarəsinə düzgün olmayan xəbərdarlıq siqnalı verilib –AZAL

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə AZAL məlumat yayıb.

Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən təyyarəsinə heyət üzvləri və mühəndis-texniki heyəti tərəfindən baxış keçirilib.

AZAL-dan verilən xəbərə görə, təyyarənin tam saz vəziyyətdə olduğu və sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı verdiyi üzə çıxıb.

Əvvəlki məqalə

Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb

Sonrakı məqalə

İtaliyada sərnişinləri sürcüsüsü olmayan avtobuslar daşıyacaq –