Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısına çıxarılıb

Məşhur yazıçı Salman Rüşdini bıçaqlayan şəxs Hadi Matar ikinci dərəcəli adam öldürməyə cəhd və ikinci dərəcəli hücumda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

CNN xəbər verir ki, bu barədə əyalət polisi məlumat yayıb.

Bildirilib ki, Hadi Matarın mühakiməsi bu gün baş tutub və o, zaminə buraxılmadan “Chautauqua County” həbsxanasına göndərilib.

Əvvəlki məqalə

Azərbaycanda daha 420 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Makron Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokolları imzalayıb