“Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Avropa Parlamentinə seçkilərdə rüsvayçı şəkildə məğlub olublar”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.
O, səsvermənin nəticələri ilə bağlı artıq aralıq nəticə çıxarmağın mümkün olduğunu bildirib.
“Fransa vətəndaşlarının 52,5 faizi seçkilərdə iştirak edib ki, bu da 1994-cü ildən bəri ən yüksək səviyyədir. Səsvermənin lideri, demək olar ki, 32 faiz səs toplayan Marin Le Penin Milli Ralli partiyası olub. Makronun Renessans partiyası isə 15,2 faiz toplayıb. Bu, Makronun siyasətinin iflasa uğramasıdır. Almaniyada Şoltsun partiyası 14 faiz səs toplayaraq bütün mövcudluğu tarixində ən pis nəticə göstərib. Səsvermənin lideri xristian-demokratlardır (30 faiz). İkinci yeri Almaniya üçün Alternativdən olan avroskeptiklər (16 faiz) tutub.”, – Volodin qeyd edib.
Azpost.info