“Cəsarətiniz qarşısında baş əyirəm”- Makron Zelenskini “Şərəf Legionu” ordeni ilə təltif etdi (VİDEO)

Fransa prezidenti Emmanuel Makron Parisdə keçirdiyi görüş zamanı ukraynalı həmkarı Vladimir Zelenskini “Şərəf Legionu” ordeni ilə təltif edib.

Azpost.info xəbər verir ki, Makronun sözlərinə görə, mükafat Ukraynaya və onun xalqına verilən qiymətdir.

“Ukraynaya və onun xalqına dərin hörmətlə… Hörmətli Vladimir, cəsarətiniz və fədakarlığınız qarşısında baş əyirəm”, – Makron deyib.

“Şərəf Legionu” Fransanın ən yüksək mükafatıdır və yalnız  prezident tərəfindən verilə bilər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.