Fransa prezidenti Emmanuel Makronun Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək ehtimalı ilə bağlı bəyanatı Kremlin diqqətindədir.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı halında Rusiya ilə NATO arasında toqquşma qaçılmaz olacaq.
“Makronun Rusiyaya strateji məğlubiyyətin verilməsi zərurəti ilə bağlı mövqeyinə bələdik. Ukraynaya hərbçilərin göndərilməsinə gəlincə, bu halda biz NATO ilə Rusiya arasında birbaşa münaqişənin baş verməsi ehtimalından deyil, bunun qaçılmaz olmasından danışmalıyıq”, – Peskov deyib.
Kreml rəsmisi əlavə edib ki, NATO ölkələri də bu cür hərəkətlərin nəticələrini qiymətləndirməlidirlər : “Qərb liderləri öz planlarının vətəndaşların maraqlarına cavab verib-vermədiyini soruşmalıdırlar”.
Azpost.info