Fransa prezidenti Emmanuel Makronun Rusiya hakimiyyətinin qarşıdan gələn Olimpiya Oyunlarına pozmaq planları ilə bağlı bəyanatı əsassız ittihamdan başqa bir şey deyil.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə keçirdiyi növbəti brifinqdə bildirib.
O qeyd edib ki, Qərb siyasətçiləri Moskva haqqında tez-tez oxşar bəyanatlar verirlər. Üstəlik, bu bəyanatlar heç vaxt aydın arqumentlərlə dəstəklənmir.
“Bunlar tamamilə əsassız ittihamlardır. Biz bu cür ittihamları qəti şəkildə rədd edirik”, – Peskov əlavə edib.
Azpost.info