“Makronun Ukrayna üzrə “sülh planı” Avropanın birliyini poza bilər”- “Bloomberg”

“Çinin Fransa lideri Emmanuel Makronun Ukrayna üzrə “sülh planı”na dəstək verməsi Avropada birliyi poza bilər”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Bir sıra avropalı siyasətçilər bu təşəbbüsün vaxtından əvvəl irəli sürüldüyünü hesab ediblər. Bundan başqa, Çinin vasitəçiliyinə şübhə etdiklərini bildiriblər.

“Makronun Rusiya və Ukrayna arasında mümkün danışıqlar planını hazırlamaq üçün Çindən kömək istəməsi bir sıra müttəfiqlərin tənqidinə səbəb olub. Onlar bu cür səylərin Avropanın birliyini poza biləcəyindən ehtiyat edirlər”, – “Bloomberg” qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.