“Manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq”- Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2020-ci ildə manatın məzənnəsinə aydınlıq gətirib.

E.Rüstəmov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, 2020-ci ildə qarşımızda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır.

O qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq: “Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir”(trend).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətəndaşlar ictimai müzakirəni necə təşkil edə bilərlər? –

Sonrakı məqalə

Prezident Goranboya 2 milyon manat ayırdı