“Mançester Siti” qalib gəlib, “Tottenhem” darmadağın olub

İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Bu gün Mançester şəhərinin hər iki təmsilçisi oyunlarını keçirib.

Əvvəlcə “Mançester Siti” doğma meydanda “Luton”la qarşılaşıb. Görüş “şəhərlilər”in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Mançester Yunayted” isə evdə “Bournmut”la qollu heç-heçə edib – 2:2.

Günün digər oyunlarında “Nyukasl” “Tottenhem”i 4:0, “Brentford” “Şeffild Yunayted”i 2:0 hesabı ilə məğlub edib. “Börnli” – “Brayton” (1:1) və “Nottingem Forest” – “Vulverhempton” (2:2) matçları isə bərabərliklə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 73 xalla “Mançester Siti” başçılıq edir. Eyni xala malik (71 xal) “Arsenal” ilə “Liverpul” komandaları isə ikinci və üçüncü pillələri bölüşürlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.