Mançesterdə sinaqoqa hücum terror aktı kimi qiymətləndirilib

Bu gün İngiltərənin Mançester şəhərində yerləşən Hiton Park Sinaqoquna avtomobil və bıçaqla edilən hücum terror aktı kimi qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Londonun “New Scotland Yard” qərargahının qarşısında bəyanatla çıxış edən Milli Terrorla Mübarizə İdarəsinin rəhbəri polis rəis müavini Lourens Teylor məlumat verib. Onun sözlərinə görə, əldə olunan məlumata əsasən, hadisə rəsmi olaraq terror insidenti elan edilib.

Polis rəsmisi, həmçinin bildirib ki, hücumla bağlı iki nəfər saxlanılıb. Hücum nəticəsində iki mülki şəxs həlak olub. Hücumçu olduğuna inanılan şəxs isə polis tərəfindən güllələnib. Hadisə zamanı yaralanan üç nəfərin vəziyyəti ağırdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.