Borca görə axtarışda olan 38 nəfər saxlanılıb –DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 66 cinayətin üstü “isti izlər”lə açılıb.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 54 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Əvvəlki məqalə

“MİDA-nın güzəştli mənzil satışı TV-də canlı yayımlanmalıdır” –

Sonrakı məqalə

“Mariupolda şiddətli döyüşlər davam edir” –