Martın 21-dən Moskvada məktəblər bağlanacaq –QƏRAR

Rusiyanın paytaxtı Moskvada ümumtəhsil və idman məktəbləri, eləcə də əlavə təhsil müəssisələri koronovirus təhlükəsi ilə əlaqədar martın 21-dən aprelin 12-nə (12-si də daxil olmaqla) kimi bağlanacaq.

Bu barədə Moskva meri Sergey Sobyanin öz şəxsi bloqunda bildirib.

“Martın 21-dən aprelin 12-ə kimi dövlət ümumtəhsil məktəbləri, idman məktəbləri və əlavə təhsil müəssisələri bağlanacaq. Məktəblərdə valideynlərin sorğuları əsasında kiçik növbətçi qrupları (12 nəfərdən çox olmayaraq) təşkil olunacaq. Bu qruplar 1-4-cü siniflərdə oxuyan şagirdlərdən ibarət olacaq. Valideynlərdən xahiş edirəm ki, uşaqları ticarət mərkəzlərinə, parklara və digər ictimai yerlərə aparmasınlar. Məktəblərin bağlanması əlavə tətil demək deyil, könüllü evdə özünütəcriddir”, – deyə Sobyanin bildirib.

Qeyd edək ki, Rusiyada 93 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Martın 16-a olan məlumata görə, təkcə elə bu gün 30 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 20 yoluxma halı Moskvada qeydə alınıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramiz Mehdiyev AMEA-nın kadrlar şöbəsinə yeni rəhbər təyin etdi

Sonrakı məqalə

Bakıdan Moskvaya gedən qatarlar dayandı –