Masallı rayon İcra hakimiyyətində 6 boş vakansiya var. AzPost RİH-in rəsmi saytınaistinadla xəbər verir ki, bunlardan biri başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri digəri isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsidir.
İctimai-siyasi və humanitar məsələlər şöbəsində isə baş məsləhətçi ştatı boşdur.
Eyni zamanda Memarlıq və tikinti şöbəsində bütün vəzifələr vakantdır. Belə ki, şöbə müdiri- baş memar aparıcı məsləhətçi (mühəndis) və böyük məsləhətçi (mühəndis) vəzifələrinə təyinat olmayıb.
Qeyd edək ki, Masallı rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədovdur. O, bu vəzifəyə 2022-ci il iyul ayının 25-də təyin olunub.