Masallının icra başçısının müavini vəzifəsindən azad olunub

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini tutduğu vəzifəsindən azad olunub.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tutduğu vəzifədən azad olunub. Aybəniz Qafarova işdən azad olunması üçün ərizə ilə müraciət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xanım müavininin işdən azad olunması barədə müvafiq sərəncamı imzalayıb.

Masallı Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər(APA).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.