Masallının icra başçısının müavini vəzifəsindən azad olunub

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini tutduğu vəzifəsindən azad olunub.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova tutduğu vəzifədən azad olunub. Aybəniz Qafarova işdən azad olunması üçün ərizə ilə müraciət edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov xanım müavininin işdən azad olunması barədə müvafiq sərəncamı imzalayıb.

Masallı Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər(APA).

Əvvəlki məqalə

Prezident və birinci xanım XVI “Caspian Agro” və XXVIII “İnterFood Azerbaijan” sərgiləri ilə tanış olublar

Sonrakı məqalə

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə regional vəziyyəti müzakirə edib