Masallı Xəstəxanasının mağazadan oğurluq edən baş həkimi işdən çıxarılıb

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin baş həkimi vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Rasim Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. R.Əzizov bu ilin fevral ayından isə həmin xəstəxananın baş həkimi vəzifəsini icra edən kimi fəaliyyət göstərib.

Faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AZAL-ın sədri Cahangir Əsgərov Ərdoğana verdiyi sözü tutdu, bığ saxladı –

Sonrakı məqalə

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib