Masallıda baş verən güllələnmə ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri Masallıda baş verən güllələnmə ilə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, fevralın 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva və qardaşı 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 1977-ci il təvəllüdlü Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü Sərvan Ağayevin odlu silah yaraları ilə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş Sərvan Ağayevin yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gəlmiş keçmiş həyat yoldaşı Alimə Nəbiyeva, qaynanası Zemfira Nəbiyeva və qaynı Miralim Nəbiyevə ov tüfəngindən açdığı atəşlər nəticəsində Alimə və Miralim hadisə yerində ölmüş, Zenfira Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, hadisə yerindən təxminən 2 km kənarda isə Sərvan Ağayev odlu silahdan yetirilməyə xarakterik xəsarətlərlə aşkar edilərək Masallı rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qubad İbadoğlundan bədbin təhlil:

Sonrakı məqalə

Orta məktəblərdə dərslər yenə iyunun 14-də bitəcək –