Masallı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)Masallı bölgəsi üzrə şöbəsinin, Masallı icra hakimiyyətinin və Qafqaz Müsəlmanları İdarəsinin(QMİ)Masallı rayonu üzrə qazılığının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icma sədrləri,din xadimlərinin iştirakı ilə ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirənin giriş sözü ilə açan Masallı rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini,dini durumlarla işin təşkilatçısı Abbas Abbaszadə örən ilə nəzər salaraq,qarşıda duran vəzifələri tədbir iştirakçılarının nızərinə çatdıraraq,qeyd etdi ki,ölkə başçısının Sərəncamı ilə 2023-cü il “Heydər Əliyyev ili”elan olunub.Bu məqsədlə keçiriləcək silsilə tədbirlərdə din xadimləri fəal olmalı,gəncləri bu istiqamətdə aparılan təbdirlərə cəlb etməyin zəruriliyindən söhbət açıb.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsin müdiri Elvin Hüseynli mıscidlərdə və diğər ibadət yerlərində gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına yönələn maarifləndirmə təbdirlərinin keçirilməsinə vacibliyini vurğulayaraq,bu sahəyə din xadimlərinin diqqətinin artırılmasını qeyd etdi.Natiq daha sonra dini icmaları xeyriyyə tədbirlərinə qoşulamağa çağıraraq,bu istiqamətdə görüləcək işlərə ağsaqqal və ziyalıların dəstək verməsinin önəmliyini vurğulladı.
QMİ -nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov çixışında dini ibadət yerlərində azan vaxtına riayət olunmasının vacibliyini bildirdi.
Tədbirin sonunda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandlrıldı.

