Masallı rayonunun Sığəçola ərazisində yerləşən çay plantasiyalarının yaxınlığındakı naməlum məzarın sahibi müəyyən edilib.
Araşdırmalar nəticəsində məzarın 1947-ci ildə aclıqdan vəfat edən Bağıroba kənd sakini Əlişan Gülməmməd oğlu Babayevə aid olduğu məlum olub.
Onun qohumlarının hazırda Almaniyada yaşadığı və məzar yerindən xəbərsiz olduqları bildirilir. Məzarlıq bərpa olunub, ərazisi abadlaşdırılıb və başdaşı qoyulub.
Bu unudulmuş qəbir illər sonra ailəsinin diqqətinə çatdırılıb və ehtiramla yad edilib. (Oxu.az)