Masallıda narkotacirdən 13 kq narkotik aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı İlqar Şahbazov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan 13 kiloqram heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, İ.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.