Masallıda şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına medallar təqdim olunub –

FOTO
26 İyun 2021 - 14:08

Masallıda şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına medallar təqdim olunub.

Masallı şəhərinin Qəhrəmanlar Parkında keçirilən tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları parkdakı Qarabağ müharibəsində qəhrəmanlıq göstərən 246 masallılı şəhidin adları olan abidənin önünə gül dəstələri düzərək, xatirələrini ehtiramla yad ediblər.

Natiqlər vurğulayıblar ki, şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı ölkənin hər yerində, o cümlədən Masallıda uğurla davam edir. Vətən uğrunda canından keçən hərbçilərin ailələri daim yad olunur.
Daha sonra masallılı 144 şəhid ailəsi, qazi və müharibə iştirakçılarına medallar təqdim olunub.