Masallıda şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına medallar təqdim olunub –FOTO

Masallıda şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına medallar təqdim olunub.

Masallı şəhərinin Qəhrəmanlar Parkında keçirilən tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları parkdakı Qarabağ müharibəsində qəhrəmanlıq göstərən 246 masallılı şəhidin adları olan abidənin önünə gül dəstələri düzərək, xatirələrini ehtiramla yad ediblər.

Natiqlər vurğulayıblar ki, şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı ölkənin hər yerində, o cümlədən Masallıda uğurla davam edir. Vətən uğrunda canından keçən hərbçilərin ailələri daim yad olunur.
Daha sonra masallılı 144 şəhid ailəsi, qazi və müharibə iştirakçılarına medallar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bəzi hüquqşünasların cərimə ilə bağlı dəqiqləşdirmə xarakterli dəyişikliyə kəskin reaksiyası təəccüb doğurur –

Sonrakı məqalə

Prezident İlham Əliyev Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub –