Maşın bazarında alıcı az, qiymətlər isə bahadır –

Ən çox “Mersedes” satılır
05 Noyabr 2019 - 10:46

Azərbaycanda avtomobil bazarında satışın vəziyyəti zəif olaraq qalır.

Azpost.info bildirir ki, bu, “Report”un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub. Bazara gələn alıcılar qiymətlərin bahalığından, büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkmələrindən şikayət edirlər.

Satıcılar bildirirlər ki, sentyabr ayı ilə müqayisədə oktyabr ayında avtomobillərin qiymətində cüzi artım müşahidə olunub. Onların sözlərinə görə, bazarda ən çox satılan avtomobillər “Mercedes” modelidir.  Qeyd edilib ki, alıcılar qiyməti 10-12 min manat arasında dəyişən avtomobillərə daha çox üstünlük verirlər.