Mask robot -taksilərin bu yay istifadəyə veriləcəyini açıqlayıb

Milyarder, “Tesla”nın baş direktoru İlon Mask şirkətinin çoxdan gözlənilən, tam avtomatlaşdırılmış taksi xidmətinin bu yay istifadəyə veriləcəyini açıqlayıb.

Azpost.info bildirir ki, Mask bu barədə X şəbəkəsində yazıb.

“Tesla robotaxisləri 8/8-də təqdim olunacaq” deyə Mask bildirib.

Mask beş il əvvəl də Kaliforniyanın Palo Alto şəhərində elektrikli avtomobil istehsalçısının baş qərargahında keçirilən Teslanın investorlar günündə robotaksislə bağlı oxşar vədlər vermişdi.

2019-cu ilin aprel ayında keçirilən bir tədbirdə Mask investorlara 2020-ci ildə Tesla-nın yollara robot-taksisləri buraxacağına əmin olduğunu  demişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.