“Maska qadağasının ləğvi yoluxmanı artıracaq” –

Həkimdən xəbərdarlıq
25 May 2021 - 10:43

“Açıq havada məsafə ilə bağlı qaydalar əməl edilməzsə, yoluxma sayı arta bilər”.

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Emil Qasımov deyib.

O bildirib ki, sentyabrda yoluxma sayında artım müşahidə ediləcək: “Açıq havada maska ilə bağlı qərarın ləğvindən sonra bəlkə yayı rahat keçirə bildik, lakin payızdan etibarən, yəni sentyabr-oktyabr ayında yenidən yoluxma sayında artım görülə bilər”.