Əhalinin gəlirləri azalıb –Hesablama Palatasının rəyi

2020-ci ildə pandemiya fəsadlarının daha çox hiss olunduğu sosial sektorda mənfi meyillər müşahidə olunub.

Bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Bildirilib ki, əhalinin gəlirləri həm nominal, həm də real ifadədə azalıb, məşğul əhalinin sayı üçün xarakterik olmayan mənfi dinamika qeydə alınıb.

Karantin dövrü ərzində pandemiyadan birbaşa zərərçəkmiş şəxslərin itirilmiş gəlirlərinin kompensasiyası məqsədilə dövlət tərəfindən əhalinin həssas qruplarına sosial müavinətlər ödənilmiş, əhalinin rifah səviyyəsinin qorunub saxlanmasına, iqtisadiyyatın təşviq olunmasına yönəldilmiş tədbirlər həyata keçirilib, lakin baxılan dövrün sonuna əhali gəlirləri üzrə əvvəlki illə müqayisədə azalma izlənib.

Məbləğ ifadəsində 55 milyard 726,1 milyon manata bərabər olan, əvvəlki ilə nisbətən real ifadədə isə 4,5 faiz azalan əhalinin gəlirlərinin əsas elementlərindən biri olan orta aylıq əməkhaqqı il ərzində artmağa davam edib. Bu artıma səbəb isə əvvəlki ildə həyata keçirilən sosial-fiskal paketlə əlaqəli olub.

2020-ci ildə uzun müddətdir müsbət dinamika nümayiş etdirən məşğul əhalinin sayı illik müqayisədə 1,3 faiz azalıb ki, bu da qapanma tədbirləri ilə, həmçinin pandemiya ilə əlaqədar dövlət tərəfindən sosial yardımların göstərilməsi şərtlərinin hesabatlılığa müsbət təsiri ilə izah oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Maska qadağasının ləğvi yoluxmanı artıracaq” –

Sonrakı məqalə

Bakıda “Porsche” avtomobil aşdı –