“Maska qadağasının ləğv edilməsi ilə bağlı məsələyə baxılır” –SƏHİYYƏ NAZİRİ

“Qapalı məkanlarda maska qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır”.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O, vətəndaşları səbrli olmağa çağırıb.

“Aydındır ki, yoluxma sayları kəskin azalmaqdadır. Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunları nəzərə alaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram” – deyə nazir bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.