Maştağada qadın kişini bıçaqlayıb

Bakıda qadın tanışını bıçaqlayıb.

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Yelena Bukitayeva evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Xəzər Hacıyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib, qadın tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Əvvəlki məqalə

Səfirlik Azərbaycan vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə çağırıb

Sonrakı məqalə

DYP “Qarabağ” – “Frayburq” oyunu ilə bağlı müraciət edib