Matəm günləri təqvimdən çıxarılacaq?- AÇIQLAMA

Bizim Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycanda doğulmuş şəxslər Azərbaycan vətəndaşı hesab edilir.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, eyni zamanda Qarabağda doğulmuş şəxslərə də aiddir: “Azərbaycan vətəndaşlığı məsələsi Qarabağ sonradan köçürülənlərə aid olmamalıdır”.

Deputat qeyd edib ki, Azərbaycanda 2 sülhməramlı qüvvə var: “Biri Rusiya sülhməramlılarıdır, ikincisi isə Bakıda oturan Kanadanın, ABŞ-ın, nə bilim haranın qüvvələridir. İndi onlar Rusiya sülhməramlılarına qarşı mübarizə aparırlar”.

Deputat təklif edib ki, təqvimdən bütün matəm günləri çıxarılsın: “Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.