Maya Sandu Azərbaycan Prezidentini təbrik edib

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə cansağlığı, sevinc, ölkənizə firavanlıq və tərəqqi gətirən fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Mən ötən ay Bakıda COP29-un təşkilində Azərbaycanın göstərdiyi səyləri qeyd etmək istəyirəm. Sammit qlobal iqlim çağırışları üzrə mühüm dialoq platforması rolunu oynadı. Biz bu müzakirələrin aparılmasında ölkənizin rolunu yüksək qiymətləndiririk.

Əməkdaşlığımızı davam etdirməyi və Moldova ilə Azərbaycan arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əlaqələri gücləndirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, doğum gününüz münasibətilə Sizə bir daha ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.