Pop musiqisinin kralı Maykl Ceksonun məşhur “ay rəqsi”ni ilk dəfə ifa etdiyi parlaq corabları hərraca çıxarılacaq. Trend-in məlumatına görə, corabların başlanğıc qiyməti 100 min dollar müəyyən edilib. Amma mütəxəssislər onun 1 milyon və ya 2 milyon dollara satıla biləcəyini ehtimal edirlər. Hərracda, həmçinin M.Ceksonun avtoqrafı ilə “Thriller” albomu və digər unikal əşyalar satılacaq. Hərrac noyabrın 13-dən 22-dək davam edəcək.