MDB KTMT-də müşahidəçi statusu ala bilər

 

Müstəqil Dövlətlər Birliyi (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında müşahidəçi statusu almağı düşünür.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi sədrinin 1-ci müavini Leonid Anfimov məlumat verib.

“MDB-nin daimi nümayəndələrinin qapalı iclasında MDB-yə beynəlxalq təşkilat kimi KTMT yanında müşahidəçi statusunun verilməsi barədə məsələyə baxılacaq”, – Anfimov açıqlama verib.

Bu gün keçiriləcək iclasda MDB-yə üzv ölkələrin daimi nümayəndələri mayda Nur-Sultan şəhərində keçiriləcək MDB hökumət başçılarının sammitinin gündəliyini də formalaşdıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

Azərbaycanda fevralın 1-dək yazılan cərimələrin silinməsi təklif olunur