MDB liderlərinin qeyri-rəsmi görüşü keçirilir –Prezident İlham Əliyev iştirak edir

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Putin bildirib ki, 30 il əvvəl Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqlı addım idi.

“Son illər və onilliklər ərzində çox şey kəskin şəkildə dəyişdi. Eyni zamanda, qeyd etmək istərdim ki, təşkilatın yaradılmasının özü, şübhəsiz ki, haqlı addım idi”, – V. Putin vurğulayıb.

Onun sözlərinə görə, SSRİ dövründən qorunub saxlanılan əlaqələr MDB ölkələrinə pandemiyanın çətin dövrlərini bir sıra ölkələrdən daha yaxşı keçirməyə imkan verir.

“Bugünkü tədbirə görə görüşün təşəbbüskarlarına təşəkkür etmək istərdim. Onun Rusiyada, Sankt-Peterburqda keçirilməsinə baxmayaraq, praktiki olaraq hər biriniz bu və ya digər şəkildə görüşün məhz bu müstəvidə təşkilinin lehinə çıxış etdiniz”, – V. Putin vurğulayıb.

Putin MDB çərçivəsində inteqrasiyanın bir çox istiqamətlərdə, o cümlədən iqtisadi və təhlükəsizliyin təmin olunması sahəsində dərinləşdiyini qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir