MDB sərhədləri yaxınlığında yeni qeyri-sabitlik ocaqları yaranıb.
Azpost.info bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 58-ci iclasının iştirakçılarına müraciətində bildirib.
Putin qlobal hərbi-siyasi vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini, MDB sərhədləri yaxınlığında da daxil olmaqla, yeni qeyri-sabitlik ocaqlarının yarandığını deyib.
Dövlət başçısının sözlərinə görə, Yaxın Şərq ciddi böhranla üzləşib.
Putin həmçinin Müstəqil Dövlətlər Birliyinin sərhədləri yaxınlığında yeni qeyri-sabitlik ocaqlarının yarandığını qeyd edib.