“Media haqqında” Qanun Milli Məclisdə nə vaxt müzakirəyə çıxarılacaq? –İcraçı direktordan AÇIQLAMA

“Media haqqında” qanun layihəsinin Milli Məclisin növbədənkənar iclasında, yoxsa payız sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağı parlamentin İş Planına uyğun olaraq həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Ə.İsmayılov vurğulayıb ki, qanun layihəsi Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən müvafiq İşçi qrupu tərəfindən hazırlanır.

O qeyd edib ki, qanun layihəsinin hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşdirmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır. Ə.İsmayılovun sözlərinə görə, söhbət burada media subyektlərinin reyestrindən gedir:

“Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdən qeydiyyatdan keçmiş olmalıdırlar. Hazırda bu istiqamətdə iş gedir, İşçi qrup tərəfindən qanun layihəsinin ekspertizasını yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamentə təqdim ediləcək”.

Ə.İsmayılov əlavə edib ki, qanun layihəsinin tez bir zamanda ekspertizasının həyata keçirilib aidiyyatı üzrə Milli Məclisə təqdim olunması üçün çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlanıb

Sonrakı məqalə

Ərdoğan Britaniyanın Baş naziri ilə görüşüb