“Mediada islahatların əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır”- Natiq Məmmədli

Zəfərlə başa çatan Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə media sahəsində islahatların dərinləşməsi prosesi başladı. Bu islahatlar medianın inkişafının dövlətimiz üçün önəminin göstəricisi idi.

Bu fikirləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, “Media haqqında” Qanunun və aparılan islahatların bu sahəyə gətirdiyi yeniliklərdən biri bütün media subyektlərinin biznes mühitinə keçidini sürətləndirmək idi. Bu islahatlarla Azərbaycan mətbuatında vergi tətilləri tətbiq edildi, media reyestri yaradıldı. Media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq.

Əvvəlki məqalə

Direktorların işə qəbulu üzrə nəticələr

Sonrakı məqalə

“Rusiyanın bu qərarından sonra Aİ Ukraynaya silah tədarükünü artıracaq”