Medvedev Borreli “axmaq qoca” adlandırdı- Kremlə hücumla bağlı açıqlamasına görə

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Jozep Borreli Kremlə PUA hücumu ilə bağlı verdiyi açıqlamaya görə “axmaq qoca” adlandırıb.

Azpost.info xəbər verir ki, Borrel münaqişə tərəflərini gərginliyi artırmaq üçün PUA insidentindən istifadə etməməyə çağırmışdı.

“Axmaq qoca. Kiyev hakimiyyətinin ABŞ-ın rəhbərliyi altında törətdiyi və Avropa İttifaqı rəhbərliyinin bəyəndiyi terror aktı məhz münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq. Vaşinqtonun və Brüsseldəki bir çox başıboşların istədiyi məhz budur”, – Medvedev bildirib.

Azpost.info

Əvvəlki məqalə

Son 3 ildə Qarabağda bərpa işlərinə 6,6 mlrd. dollar xərclənib –

Sonrakı məqalə

XİN Paşinyana cavab verib