Medvedevdən Ermənistanla bağlı sərt açıqlama:“Yeni Ukraynaya çevrilə bilər”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Ermənistanın hazırkı rəhbərliyinin seçdiyi xarici siyasət kursu ölkəni müsbət nəticələrə gətirib çıxarmayacaq.

TASS xəbər verir ki, Medvedev bunu İran İslam Respublikasının Dövlət Televiziya və Radio Şirkətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan üçün ən təhlükəli ssenari ölkənin “yeni Ukraynaya” çevrilməsi ola bilər.

“Ermənistanın hazırkı rəhbərliyi inkişaf istiqamətini dəyişməyi düzgün hesab edib. Mən əminəm ki, bu da heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən pis şey onun yeni Ukraynaya çevrilməsidir”, – deyə Medvedev bildirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.