Mehdiyevin xanımına məxsus şirkətin xeyli vergi borcu var

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevə məxsus olduğu bildirilən “Fireland Vineyards” MMC-nin külli miqdarda vergi borcu var.

Azpost.info xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 125 602.38 AZN təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Fireland Vineyards” MMC 26 yanvar 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Səidov Elmar Çingiz oğludur.

Şirkətin təsisçisinin isə Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın olduğu deyilir. Mediada yayılan məlumatlara görə, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir və Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus böyük torpaq sahəsi var.

Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, Qalina Mehdiyeva və oğlu dəfələrlə kənd təsərrüfatı üçün subsidiya alıblar. 2019-cu ildə Elmar Səidovun milyonlarla mənimsəməyə yol verilməsi, ardınca isə adıçəkilən şəxsin Qalina Mehdiyeva barəsində məhkəmə iddiası qaldırması barədə məlumatlar yayılmışdı.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya qəfil hücumla Kiyevi işğal edə bilər” –

Sonrakı məqalə

“Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılmalıdır” –