Məhkəmə “Melissa Group”un əməkdaşı barədə qərar verdi

Məhkəmə
Məhkəmə
Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətində ekskavator sürücüsü işləyən Qala Eynullayev barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
“Report”un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında verilib.
Qərara əsasən, onun barəsində həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.
Xatırladaq ki, ötən ay Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində söküntü işləri aparan “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov və həmin şirkətdə ekskavator sürücüsü işləyən Qala Eynullayev saxlanılıb. Daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.