Mehman Hüseynovun müalicəsi üçün tələb olunan 140 min manat 3 günə yığıldı

Xəbər verdiyimiz kimi, tanınmış bloger Mehman Hüseynovda ağır xəstəlik – xərçəng şişi aşkarlanıb.

Onun qardaşı Emin Hüseynov ictimaiyyətə müraciət edərək, kömək istəmişdi. Xəstəxana xərclərini ödəməyə 74 min İsveçrə frankı tələb olunurdu.

Mehman Hüseynovun bu gün sosial şəbəkə üzərindən Azərbaycan xalqına təşəkkür edib.

Mehman Hüseynov onun üçün tələb olunan məbləğini cəmi 2 günə toplandlğını qeyd edib:

“Cəmi 2 günə tələb onunan məbləğin 98%-i – milli pulumuzla 140.000 AZN toplandı… Mənə maddi mənəvi dəstək olanın, dua edənin hər kəsin qarşısında baş əyirəm. Azərbaycan xalqın birliyi, həmrəyliyi nəticəsində mənim həyatım xilas olunmaqdadır”.

M.Hüseynov deyib ki, gələn həftənin 1-ci günü mualicəsi başlayır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir