Mehriban Əliyeva Qənirə Paşayevanın dəfninin təşkilini nəzarətə götürüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Milli Məclisin deputatı Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.

Bu barədə jurnalistlərə açıqlamasında deputatın əmisi Qəzənfər Paşayev deyib.

O bildirib ki, Qənirə Paşayevanın dəfn mərasimi İkinci Fəxri xiyabanda olacaq.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.

Əvvəlki məqalə

“Harri Potter” filmindəki “professor Dambldor” vəfat edib –

Sonrakı məqalə

Sülhməramlılar Xankəndiyə 12 ton humanitar yük gətirib