Məktəblərdə tədris ili mayda bitəcək? –RƏSMİ

Məktəb
Məktəb
Məktəblərdə tədris ili iyunun 14-də başa çatacaq.
Bu sözlər Axar.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məktəblərdə tədrisin mayda yekunlaşacağı ilə bağlı iddialara cavabda bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” təsdiq edilib:
“Həmin sənədin 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Bu baxımdan, cari tədris ilinin sözgedən sənəddə qeyd olunandan fərqli tarixdə bitməsi məsələsi müzakirə mövzusu deyil”.
Qeyd edək ki, sosial şəbəkələrdə ilin isti keçməsi səbəbindən orta məktəblərdə tədrisin 31 mayda başa çatacağı iddiası yayılmışdı.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.