“Meqa Sığorta”nın itkiləri 2 milyon manatı keçib

Mega sığorta
Mega sığorta

Bu ilin yanvar-aprel aylarında “Meqa Sığorta” şirkətinin yığımlarında azalma müşahidə edilib.

Valyuta.az xəbər verir ki, cari ilin ilk dörd ayında sığorta şirkəti 10 milyon 158 min manat sığorta yığımı əldə edib.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 111 min manat və ya 17,21% azalma deməkdir. 2024-cü ilin yanvar-aprel aylarında “Meqa Sığorta” 12 milyon 269 min manat sığorta haqqı toplaya bilib.

Eyni dövrdə sığorta şirkəti 5 milyon 64 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 882 min manat və ya 21,09% çoxdur. 2024-cü ilin yanvar-aprel aylarında “Meqa Sığorta” 4 milyon 182 min manat sığorta ödənişi həyata keçirmişdi.

Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib. Belə ki, şirkət ötən ilin yanvar-aprel aylarında topladığı hər 100 manatdan 34,09 manatını ödənişə yönəltmişdisə, bu ilin eyni dövründə bu rəqəm 49,9 manata yüksəlib.

Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 mln. manatdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.