Məşhur aktrisa Merilin Monronun portreti bu ilin mayında “Christie’s” hərracında rekord qiymətə – 200 milyon dollara satışa çıxarılacaq.
Azpost.info xəbər verir ki, bu barədə “Christie’s”in rəsmi saytında məlumat verilib. Qeyd olunur ki, rəssam Endi Uorhol bu əsərini Monronun ölümündən iki il sonra – 1964-cü ildə yaradıb. “Shot Sage Blue Marilyn” adlı bu əsər ayrı-ayrı vaxtlarda Nyu-York, Paris və Londonda nümayiş etdirilib.
Azpost.info