Merkel karantin məhdudiyyətlərinin tələsik aradan qaldırılmasının əleyhinədir

20 Aprel 2020 - 16:33

Almaniyada karantin qaydalarının nəzarətsiz və tələsik yumşaldılması təhlükəlidir və epidemiyanın ikinci dalğasının yaranmasına gətirib çıxara bilər.

Azərtac xəbər verir ki, bunu aprelin 20-də AFR Kansleri Angela Merkel Xristian-Demokrat İttifaqının Rəyasət Heyətinin işgüzar müşavirəsində bəyan edib.

Məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması ətrafında diskussiyanı “vakxanaliya” adlandıran Kansler xəbərdarlıq edib ki, AFR-də koronavirus infeksiyasının inkişafı əleyhinə mübarizədə əldə olunmuş son nailiyyətlər bütünlüklə itirilə bilər. Merkel yaranmış vəziyyətin mənzərəsini daha aydın görmək üçün həmin mövzuda yeni müşavirəyədək gözləməyə çağırıb.